Növbəti mövsümün heyəti quran "Trabzonspor" transfer çalışmalarında dayanmaq bilmir.
Son günlər Bruno Peres və Jervinyonu heyətinə qatan qaradənizlilərin növbəti hədəfi də ulduz futbolçudur.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "bordo-mavilər" Kvadvo Asamoanı heyətinə qatmaqda israrlıdır. Ötən mövsümü "Kalyari"də keçirən 32 yaşlı ünlü simanın İtaliya klubu ilə anlaşmasının müddəti gələn ay başa çatır.
Qeyd edək ki, Qana millisinin üzvü karyerası ərzində "Udineze", "Yuventus" və "İnter" kimi klubların şərəfini qoruyub.