Türkiyə Super Liqasında 2020/21-ci illər mövsümünün qalibi "Beşiktaş" transfer işləmlərinə başlayıb.

Offsideplus.az xəbər verir ki, "qara qartallar" "Vilyareal"ın 34 yaşlı kolumbiyalı ulduzu Karlos Bakkanı heyətinə qatmaqda maraqlıdır.

Bu mövsüm "Beşiktaş"ın Çempionlar Liqasının qrup mərhələsində oynama faktoru Bakkanın transferini daha da sürətləndirir.

Qeyd edək ki, Bakka bu mövsüm bütün turnirlər daxil olmaqla 34 oyunda 9 qol, 7 məhsuldar ötürmə edib.