Türkiyə Super Liqası klubunda gözlənilməz ayrılıq yaşanıb.
Offsideplus.az "Başakşəhər"in rəsmi saytına istinadla xəbər verir ki, müqaviləsinin müddəti iyunda başa çatacaq Junior Fernandeslə yollar vaxtından əvvəl ayrılıb. Klub rəhbərliyi çilili futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Başakşəhər"də bu ilin əvvəlindən çıxış edən hücumçu meydana çıxdığı 10 oyunda 2 qol vurmuşdu.