"Qalatasaray"da üzlər gülür.
Komandanın aparıcı futbolçularından olan Markao ilə müqavilənin müddəti uzadılıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş"la matçda sarı-qırmızı formada 100-cü oyununa çıxan braziliyalı müdafiəçi ilə əlavə 2 illik anlaşma əldə olunub. Belə ki, Markaonun sözləşməsinin müddəti 2022-nin yayında bitməliydi. Bu isə o deməkdir ki, 2024-ün yayına qədər "Qalatasaray"a məxsus olacaq.
Markao maddi planda istəyinə çatıb. Buna qədərki illik məvacibi 800 min avro+bonuslar idisə, növbəti mövsümdən etibarən 1,2 milyon avro+bonuslar olacaq.
Qeyd edək ki, solaxay futbolçu cari mövsümdə Fernando Muslera ilə birgə bütün oyunlarda şans qazanmış iki futbolçudan biridir.