Türkiyə Super Liqasının cari mövsümündə elitanı tərk edəcək ilk klub müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, çempionatın 37-ci turunda bu gün öz meydanında "Rizəspor"a uduzan (0:1) "Dənizlispor"un növbəti mövsüm əsas liqadan kənarda qalacağı məlum olub.
28 xalla turnir cədvəlinin sonuncu - 21-ci pilləsində qərarlaşan komandanın 17-ci pillədə qərarlaşan "Kayserispor"la xal fərqi 10-a yüksəlib.
Bununla da Dənizli təmsilçisinin yeni mövsümdən TFF 1-ci liqada iştirak edəcəyi dəqiqləşib.