Bu mövsüm etdiyi transferlərlə adından söz etdirən "Fənərbağça"da bəzi futbolçular xəyal qırıqlığı yaşatdı.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-lacivərtlər" mövsümün sonunda yollarını ayıracağı futbolçulardan ibarət  siyahı hazırlamağa artıq başlayıb. Superliqa klubu aşağıdakı futbolçularla vidalaşmağı planlaşdırır:

Maurisio Lemos, Marsel Tisseran, Papis Sisse, Mbvana Samatta, Mame Tiam, Dieqo Perotti və icarəyə götürülən Frey və Kemal Ademi.

Mövsümün başa çatmasından sonra Emre Belözoğlunun komandası barədə hesabat hazırlayaraq gedənlər və qalanlardan ibarət rəhbərliyə siyahı verəcəyi gözlənilir.