"Fənərbağça" "Alanyaspor"la oyunda ləğv olunan penaltiyə görə etiraz edir.
Offsideplus.az klubun rəsmi saytında yer alan məlumata əsasən xəbər verir ki, İstanbul təmsilçisi oyunun yenidən keçirilməsini istəyir. Və bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət olunacaq. Klub rəhbərliyi penalti qərarının ləğvinin futbol qaydalarına əks olduğunu iddia edərək yanlış hakim qərarına görə matçın təkrar keçirilməsində maraqlıdır.
Qeyd edək ki, məlum görüşün 27-ci dəqiqəsində Enner Valensiyaya cərimə meydançasında edilən kobudluğa görə baş hakim Yaşar Kamal Uğurlu "Alanyaspor"un qapısına penalti təyin etmiş, epizodun təkrarına VAR-da baxılandan sonra epizodun əvvəlində oyundankənar vəziyyətin olduğu əsas gətirilərək 11 metrlik cərimə zərbəsi ləğv olunmuşdu.