Super Liqanın növbəti turunda "Antalyaspor"a qarşı oyundan öncə "Qalatasaray" ciddi itkilərlə üzləşib.
Offsideplus.az "Sporx"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" 4 futbolçunun xidmətindən yararlana bilməyəcək. Belə ki, müalicəsi davam edən Radamel Falkao, DeAndre Yedlin, koronavirus testi müsbət çıxan Mustafa Muhammed və sağ ayağından zədələnən Henri Onyekuru "Antalyaspor" ilə matçın heyətinə salınmayıb.
Qeyd edək ki, "Antalyaspor" - "Qalatasaray" matçı aprelin 24-də Bakı vaxtı ilə 21:30-da keçiriləcək.