Millimizin üzvü Araz Abdullayevin formasını geyindiyi "Boluspor" Türkiyə 1-ci liqasında "Altay"ın qonağı olub.

Offsideplus.az xəbər verir ki, matç "Boluspor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə matça çıxan Abdullayev sonadək meydanda olub.

 35-ci xalını qazanan "Boluspor" 18 komanda arasında 12-ci, "Altay" isə 53 xalla üçüncü yerdədir. Bu görüşdən sonra İzmir klubunun 5 oyunluq qələbə seriyası da başa çatıb.