Hatayda "Hatayspor"un ev oyunlarını keçirəcəyi 25 min azarkeş tutumu olan "Hatay Stadionu"nun açılış mərasimi olmalıydı.
Və həmin açılış mərasimi üçün martın 27-də "Fənərbağça" ilə yoldaşlıq görüşü nəzərdə tutulmuşdu.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş keçirilməyəcək. Buna səbəb son günlər Türkiyədə yoluxma sayının çoxalması və "Fənərbağça"da 4 futbolçunun virusa yoluxmasıdır. İnfeksiyaya bulaşma riskini göz önünə alan rəhbərlik matçın keçirilməməsini məqsədəuyğun sayıb.
Qeyd edək ki, "sarı-lacivərdlilər" Super Liqadakı növbəti matçını aprelin 5-də "Dənizlispor"a qarşı keçirəcək