Türkiyə Super Liqasının 26-cı turunda səfərdə "Yeni Malatyaspor"la qarşılaşacaq "Konyaspor" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, komandanın məşqi zamanı Cesse Sekidika sağ ayağında ağrılar hiss edib və heyətdən çıxarılıb.
Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, görüş sabah 18:00-da başlayacaq.