"Fənərbağça" klubunun futbolçusu Maurisio Lemos cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkar Futbolçu İntizam Komitəsi 25 yaşlı uruqvaylı müdafiəçini 2 oyunluq disvalifikasiya edib.

Buna səbəb futbolçunun Türkiyə kubokunda "Başakşəhər"lə matçda rəqib oyunçuya qarşı kobud hərəkət etməsidir.

Lemos cəza səbəbindən "Fənərbağça"nın "Göztəpə" ilə oyununu buraxacaq.