"Alanyaspor"la matçda səhvləri ucbatından tənqid edilən Markao "Kasımpaşa" ilə matçda (2:1) "Qalatasaray" azarkeşlərinin sevgisini yenidən qazanıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı müdafiəçi və Henri Onyerkuru penalti nöqtəsinə yaxınlaşıb. Xüsusilə, Markao 1 dəqiqə yarım penalti nöqtəsini artıq sulardan təmizləməklə məşğul olub. Ortaya çıxan görüntülər isə "Cim-bom" azarkeşlərinin ürəyini fəth edib.
Qeyd edək ki, bir neçə gün öncə "Alanyaspor"la matçdakı performansına görə, Markao sərt tənqid edilmiş, hətta ailəsinə təhdidlər ünvanlamışdı.