Türkiyə Super Liqasının 24-cü turunda "Ankaragücü"nün qonağı olan "Sivasspor" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "qırmızı-ağlar"ın futbolçusu Olarenuayu Kayode zədələnərək meydanı tərk edib. Meydançanın kənarında ilk tibbi yardım göstərilən oyunçu görüşü davam etdirə bilməyib və 61-ci dəqiqədə əvəzlənib.
Onun durumuna sabahkı tibbi müayinədən sonra aydınlıq gələcək.