“Dənizlispor” klubu ilə müqaviləsinə son verən Serbiya yığmasının sabiq müdafiəçisi Neven Subotiçin yeni ünvanı bəlli olub.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra karyerasını Avstriya çempionatında davam etdirəcək.

O, bu ölkənin “Altax” klubu ilə anlaşıb. Subotiç, azad agent statusu ilə keçdiyi “Altax”la mövsümün sonuna kimi müqavilə bağlayıb.