Türkiyə Superliqasının 22-ci turunun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub. "Sarı-qırmızılar" yeni transferi Henri Onyekurunun dublu ilə qalib gəlib. İkinci hissənin əvvəlində oyuna daxil olan 23 yaşlı forvard qolları ilə azarkeşlərin rəğbətini qazanıb.
Qeyd edək ki, xallarının sayını 42-yə çatdıran "Qalatasaray" ikinci pilləyə yüksəlib.
"Qaziantep" - "Qalatasaray" 1:2 (A.Maksim, 90+8. - H.Onyekuru, 51, 78.)