"Fənətbağça" Atilla Szalay və Mesut Özil transferlərinin ardınca daha bir futbolçunun keçidini rəsmən açıqladı.
Offsideplus.az klub saytına istinadla xəbər verir ki, bu, "Kuinz Park Reyncers"dən alınan Brayt Osayi-Samueldir. Nigeriyalı futbolçu yeni komandasında "21" nömrəli futbolkanı geyinəcək. 21 yaşlı cinah oyunçusu ilə bağlanan müqavilənin müddəti 4,5 illikdir.
Klub Brayta "xoş gəlmisən" deyərək, "Fənər" karyerasında uğurlar arzulayıb.