"Fənərbağça" qış fasiləsində növbəti transferini gerçəkləşdirib.
Offsideplus.az klub saytına istinadla xəbər verir ki, daha öncə ümumi razılıq əldə olunduğu Brayt Osayi-Samuel ilə münasibətlər artıq rəsmiləşib. İstanbul təmsilçisinin "Kuinz Park Reyncers"lə apardığı danııqlar müsbət sonuclanıb. Nigeriyalı futbolçu İstanbula gəlib tibbi müayinədən keçəndən sonra 4,5 illik anlaşmaya imza atacaq.
Qeyd edək ki, Brayt cari mövsümdə Çempionşipdə mübarizə aparan "Kuinz Park Reyncers"in heyətində meydana çıxdığı 21 oyunda 3 qol vurub, 4 qolun ötürməsini verib.