Dünən İstanbula təşrif buyuran Halil Dervişoğlunun ardınca daha bir futbolçu Türkiyəyə gəlib.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın "Monako"dan icarə əsasında heyətinə qatdığı Henri Onyekuru bu gün səhərə yaxın İstanbula enib. İstedadlı futbolçunu hava limanında klub rəsmiləri qarşılayıb. Əslində. yanvarın 22-i səhər gəlməliymiş. Sadəcə, dünən təyyarənin uçuş saatına qədər hava limanında ola bilməyib.
Qeyd edək ki, Onyekuru buna qədər 2 dəfə icarə əsasında "Qalatasaray"ın formasını geyinib. Bu onun növbəti gəlişidir.