Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Eybar” klubunun polşalı sağ cinah müdafiəçisi Damian Kadzioru heyətinə qatıb.
Alanya təmsilçisi 28 yaşlı oyunçunu mövsümün sonuna kimi icarəyə götürüb. O, yeni komandasında “92” nömrəli formanı geyinəcək.