"Qalatasaray" Yussuf Ndayishimiyenin transferində israrlıdır.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul nəhəngi bununla bağlı "Yeni Malatyaspor"a müraciət edib. Adıçəkilən klubun prezidenti Adil Gevrek məsələ ilə bağlı açıqlamasında bunları deyib: "Yussufa görə "Qalatasaray" bizə rəsmi müraciət edib. Ortada konkretlilik yoxdur, çünki müzakirələr davam edir. Futbolçumuza görə "Qalatasaray"dan 3 milyon avro istəyirik. Üstəlik, sonrakı satışın ümumi dəyərindən 20 faiz. Yussufla "Fənərbağça"nın da maraqlandığı haqda əlimivdə bilgi yoxdur. Çünki onlardan rəsmi məktub almamışıq".

Qeyd edək ki, "Yeni Malatyaspor" 22 yaşlı burundili futbolçunu ötən mövsümün qış fasiləsində "Aigle Noir FC de Makamba"dan 45 min avroya transfer etmişdi.