"Yeni Malatyaspor"un gənc futbolçusu Yusuf Ndayişimiye "Fənərbağça" və "Qalatasaray" klublarının transfer hədəfindədir.
Offsideplus.az Fanatik-ə istinadən xəbər verir ki, "Qalatasaray" 22 yaşlı yarımmüdafiəçi üçün 2 milyon avro ödəməyə hazırdır. Digər yandan isə "Fənərbağça" klubunun prezidenti Ali Koçun sabah "Yeni Malatyaspor" rəhbərliyi ilə görüşəcəyi bildirilir.
Qeyd edək ki, Yusuf Ndayişimiye 2020-ci ilin əvvəllərində "Yeni Malatyaspor" klubuna keçid edib.