Türkiyə Futbol Federasiyası "Qalatasaray"a böyük məbləğdə cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, Oğulcan Çağlayanın ötən mövsüm "Rizəspor"la müqaviləsinə təktərəfli xitam verməsi oyunçu və "Qalatasaray" klubuna baha başa gəlib. TFF-nin verdiyi qərara əsasən, "sarı-qırmızılar" "Rizəspor" klubuna 1,2 milyon avro məbləğində təzminat ödəməlidir. Bundan əlavə, Çağlayan 6 rəsmi matçı buraxmalı olacaq.
Qərarla razılaşmayan "Qalatasaray"ın apelyasiyaya müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm "Rizəspor" klubu 24 yaşlı forvard ilə müqaviləsində "+1" şərtini əsas götürərək anlaşmanın vaxtını uzatmışdı. Çağlayan isə bununla razılaşmamış və müqaviləyə təktərəfli xitam vermişdi. Bunun ardınca isə mövsümün əvvəlində "Qalatasaray"a keçmişdi.