Super Liqanın cari mövsümündə təəccübləndirməkdə davam edən komandalardan biri "Qaziantep"dir.
17 oyundan sonra aktivində 31 xal olan eyniadlı şəhərin təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Lakin komandanın daxilindəki vəziyyət ürəkaçan deyil.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Marius Şumuditsa bu gün komandasının "Sivasspor"a yenilgisindən sonra (1:2) ilginc açıqlamalarla yadda qalıb: "Özümə sayğı göstəriilməsini istəyirəm. Lakin bəzən bunu görmürəm. Lakin burdakı qazancım elə də yüəksək deyil. Üstəlik, yeni müqavilə şərtləri ilə bağlı da heç kim mənimlə danışmayıb. Maddi durum ürəkaçan deyil. Xanımımdan mənə pul göndərməsini istəyəcəm".