"Qalatasaray"ın keçmiş futbolçusu Henri Onyekurudan yeni xəbərlər var.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu Nigeriyadan İstanbula gələrək daha sonra Fransanın Nitsa şəhərinə yollanıb. Ailəsini İstanbulda saxlayan futbolçunun 10-dan çox çantayla gəlməsi transfer iddialarını gücləndirib. 

Qeyd edək ki, Fransa klubu "Monako" ilə vidalaşmağa hazırlaşan Henri Onyekurunun icarə əsasında "sarı-qırmızılar"a keçəcəyi bildirilir.