Türkiyə Superliqasında 17-ci turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda "Rizəspor"u qəbul edib. Kayle Larinin "poker" etdiyi oyunda "qara qartallar" 6:0 hesabıyla qalib gəlib.
Kanadalı hücumçu Larin 4 qol vuraraq adını "Beşiktaş"ın tarixinə yazdırıb. Belə ki, Larin, 1989-90 mövsümün Ali Gültekindən sonra "Beşiktaş"da 4 qol vuran ilk futbolçu olub.
Bu qələbədən sonra xallarının sayını 34-ə çatdıran "qartallar" turnir cədvəlinə başçılıq edir.
Oyunun icmalını təqdim edirik:
"Beşiktaş" – "Rizəspor" - 6:0 (Larin, 19, 31, 79, 83. O.Özyakup, 56. Hasiç, 89)