"Qalatasaray" sabiq futbolçusu Henri Onyekurunu heyətinə qatmağı düşünür.
Offsideplus.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Ötən mövsümün ikinci yarısında "Monako"dan icarə əsasında Türkiyə klubunda oynayan Onyekuru keçmiş komandasına qayıda bilər. "Monako"dan ayrılacağı bildirilən 23 yaşlı yarımmüdafiəçi "Qalatasaray"ın maraq dairəsindədir.
Transfer danışıqları baş tutarsa, "Cim-Bom" nigeriyalı futbolçunu birdəfəlik heyətinə qatmalı olacaq.
Qeyd edək ki, Henri Onyekuru 2019-cu ilin yayında 13.5 milyon avroya "Everton"dan "Monako"ya transfer olmuşdu.