Türkiyə 1-ci liqasının 17-ci turunda "Adanaspor" - "Boluspor"  matçı baş tutub.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi oyunda "Boluspor" 2:3 hesabı ilə qalib gəlib. 78-ci dəqiqədə meydana çıxan Araz Rudel Poeponu əvəzləyib.

Qeyd edək ki, hazırda 16 xalı olan “Boluspor” 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.