Dövrələr arasında heyəti gücləndirməyi hədəfləyən "Fənərbağça" maliyyə yükünü azaltmaq üçün bəz futbolçularla yolları ayırmağı hədəfləyib. Həmin futbolçuların kimliyi bəllidir.
Offsideplus.az xəbər verir ki, adı "sarı-lacivərdlilər"in "qara siyahısı"nda olan 3 nəfərdən 1-i legioner, 2-si yerli futbolçudur. Bunlar Maurisio Lemos, Tolga Ciğerci və Sinan Gümüşdür. Uruqvaylı Lemos cari mövsümdə cəmi 6 matçda şans qazanıb. Daim zədələrini sağaltmaqla məşğul olan Tolqa 4, "Cenoa"dan gəlmiş Sinan 7 qarşılaşmada forma geyinib.