Türkiyə Superliqasının 15-ci turunda dünən yağış səbəbindən təxirə salınan "Antalyaspor" - "Hatayspor" matçı bu gün baş tutub.
Offsideplus.az xəbər verir ki, "Hatayspor" 0:6 hesablı darmadağınla səfərdən 3 xalla qayıdıb. Aron Salem Bupendza oyunun ilk hissəsində "poker" edərək komandasının qələbəsini qarantiləyib.
"Antalyaspor" - "Hatayspor" 0:6 (A.Bupendza, 8, 17, 21, 45+3. B.David, 35. M.Aydın, 90.)