Bu gün Türkiyə Superliqasında 13-cü turun son oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, "Antalyaspor" "Kayserispor" üzərində 2:0 hesabı ilə qələbə qazanıb. "Sivasspor" isə səfərdə "Konyaspor"u məğlub edib.

"Antalyaspor" - "Kayserispor" - 2:0 (Amilyon, 37. Fredi, 40.)

"Konyaspor" - "Sivasspor" - 0:1 (Faysal Fajr, 60.)