Türkiyə 1-ci liqasının 15-ci turunda "Boluspor" səfərdə “Samsunspor”un qonağı olub.

Offsideplus.az xəbər verir ki, yığma komandamızın üzvü Araz Abdullayevin də çıxış etdiyi "Boluspor" 0:1 hesabı ilə uduzub. Minimal hesabla başa çatan matçda yeganə qolun müəllifi Gökhan Alsan olub. 

Qeyd edək ki, adı oyunun iştirak ərizəsinə daxil edilməyən Araz bu görüşə çıxmayıb. 15 turdan sonra hesabında 13 xal olan “Boluspor” 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.