Radamel Falkao ilə Radamel Falkaodan istədiyini ala bilməyən "Qalatasaray" hücumçu axtarışlarında sürəti artırıb.

Artıq xeyli vaxtdır siyahıda Roman Yaremçukla Aleksis Sançezin adı var. Sançezin "İnter"lə müqavilə müddətinin davam etməsi işi çətinləşdirirsə, Romanı "Sportinq" də heyətində qatmaqda israrlıdır.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi işini ehtiyatlı tutaraq növbəti namizədləri də gözdən keçirməkdədir. "Qalatasaray"a təklif olunan hücumameyilli futbolçulardan biri də Emmanuel Dennisdir. Nigeriya millisinin formasını geyinməyə imkan tapmış 23 yaşlı futbolçu "Brügge"nin şərəfini qoruyur. İstanbul nəhəngi Dennisin transfer hüquqlarına birdəfəlik sahib ola bilməsə də, icarəyə götürməyə razıdır.

Qeyd edək ki, futbolçunun agenti "Qalatasaray"lılara tanış simadır. Vaxtilə Yunes Belhanda, Etebo, Emre Kılınç kimi futbolçuların keçidində vasitəçilik etmiş Villiam D"Avila.