Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Boluspor" bu mərhələdə "Antalyaspor"la qarşılaşıb. Rəqibinə minimal hesabla uduzan I liqa təmsilçisi kubokda mübarizəni dayandırıb. Görüşdə yeganə qolu 52-ci dəqiqədə Gökdeniz Bayraktar vurub: 1:0.
Matça start heyətində başlayan Abdullayev 55-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana Melih Okutan daxil olub.