Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az-ın məlumatına görə, Super Liqa təmsilçisi bu posta Yalçın Koşukavakı təyin edəcək. 48 yaşlı mütəxəssislə danışıqlar artıq müsbət yekunlaşıb. İndi yalnız münasibətlərin rəsmiləşdirilməsi qalıb. Koşukavak son olaraq bu ilin yayında ayrıldığı “Altay”ı çalışdırıb.