"Beşiktaş"ın serb futbolçusu üsyan edir.
Səbəb mütəmadi oynamaması və özünü onunla eyni mövqedə çıxış edən futbolçulardan zəif görməməsidir.
Offsideplus.az "aspor"a istinadla xəbər verir ki, Adem Lyayiç üzləşdiyi vəziyyətdən məmnun deyil. Mövsümün startından bu yana cəmi 135 dəqiqə forma geyinmək şansı qazanan 29 yaşlı yarımmüdafiəçi yaxın ətrafı ilə söhbətdə narazılığını bu şəkildə bildirib: "Məndən Maradona performansı gözləyirlər. Amma mən Maradona deyiləm. Komandada "10 nömrə" mövqeyində çıxış edən komanda yoldaşlarımdan daha yaxşı olduğumu düşünürəm. Buna baxmayaraq, yetərincə şans qazanmıram".
Qeyd edək ki, Lyayiç 2010-18-ci illər aralığında formasını geydiyi "Fiorentina", "Roma", "İnter" və "Torino" kimi komandalarda bütün yarışlarda 54 qol vurub. 2018-19, 2019-20 mövsümlərində isə Super Liqada "Beşiktaş" formasında 51 matçın iştirakçısı olmaqla 14 qola imzasını yazdırıb. Serbiya millisində 47 qarşılaşmada rəqib qapılarına 9 dəfə yol tapıb.