Millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi "Boluspor" bu gün qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Türkiyə 1-ci liqasında "Altay"la qarşılaşan "Boluspor" 1:0 hesabı ilə rəqibi məğlub edib. Araz görüşün 67-ci dəqiqəsində meydana daxil olub. 

Qeyd edək ki, 18 komandanın çıxış etdiyi Türkiyə 1-ci liqasında "Boluspor" 10 xalla 16-cı yerdə qərarlaşıb.