"Qalatasaray" ötən mövsüm "Monako"dan icarə götürüb oynatdığı Henri Onyekurunun transferində maraqlıdır.
Cari mövsümdə Fransa təmsilçisinin heyətində yetərincə oyun şansı qazanmayan nigeriyalı forvardın özü də İstanbula qayıtmağın əleyhinə deyil. Hər halda 60 oyunda rəqib qapılarına 19 qol vurub, 11 qol ötürməsi verdiyi komanda ona doğma gəlir. "Qalatasaray" rəhbərliyi vingerin transfer hüquqlarına sahib çıxmaq üçün futbolçunun agentini Türkiyəyə dəvət edib.
Offsideplus.az xəbər verir ki, 12 oyunda Nigeriya millisinin formasını geyən futbolçu ilə "Fənərbağça"da yaxından maraqlanır. "Qalatasaray"ın transfer təklifini bilən "sarı-laciverdlər" qarşı tərəfə daha yaxşı şərtlər təklif etmək niyyətindədir. Belə deyək, əzəli rəqibinin vermək istədiyi puldan daha artığını.
Onyekurunun agenti hər iki klubun şərtlərini dinlədikdən və "Monako" ilə ortaq məxrəcə gəldikdən sonra danışıqlar üçün yenidən İstanbula qayıdacaq.