Türkiyə Super Liqasında koronavirus bəlası ciddi problemlərə yol açmaqdadır.
Az. qala çempionatdakı bütün komandalar virusdan əziyyət çəkir. Daha bir klubun işi çətinə düşüb.
Offsideplus.az. "Alanyaspor"un rəsmi saytına istinadən xəbər verir ki, 3 nəfərdə COVİD-19 aşkarlanıb. Dünən test verən klub və komanda üzvlərindən bəzilərinin - əsas komandanın bir futbolçusu, aşağı yaş qruplarında top qovan daha bir oyunçu və inzibati işçinin verdiyi testin cavabı müsbət olub.
Klub həmin şəxslərin adlarını açıqlamır.