Millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu "Boluspor"da koronavirusa yoluxma halı aşkarlanıb.
6 nəfərin virusdan əziyyət çəkdiyi bildirilir.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yoluxanlardan 3-nün futbolçu olduğu açıqlanıb. Digərləri isə klubun işçiləridir. Klub həmin şəxslərin müalicəsinə başlanıldığını bildiriib.
Arazın yığmanın bu ay baş tutacaq toplanışına dəvət olunub-olunmayacağı bilinmir.