Türkiyə Superliqasında VII turun son oyununda "Fənərbağça" "Antalyaspor"un qonağı olub.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça"ya qalibiyyət gətirən qolları Ozan Tufan (49.) və Dieqo Perotti (84.) vurub. "Sarı-lacivərtlər"in yeni transferi Perottinin vurduğu penalti zərbəsi həmçinin debüt qolu olub. 45-ci dəqiqədə Yahoviçin qırmızı vərəqə alıb meydanı tərk etməsiylə "Antalyaspor" azlıqda qalıb. Ev sahiblərinin bərabərlik qolunu vuran isə Lukas Podolski olub.
Matçın icmalını təqdim edirik:
"Antalyaspor" - "Fənərbaxça" - 1:2 (L.Podolski, 52. - O.Tufan, 49. D.Perotti, 84. - pen.)