Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.
Offsideplus.az Super Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tunanın istefasına klub rəhbərliyi ilə arasındakı fikir ayrılığı səbəb göstərilib.
Qeyd edək ki, Tamer Tuna bu ilin yanvarından komandanı çalışdırırdı.