Futbol üzrə Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb – 0:0.
Araz qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, 6 turdan sonra hesabında 2 xal olan “Boluspor” 18 kollektiv arasında 17-cidir.