Türkiyənin "Boluspor" komandasının baş məşqçisi Ahmet Taşyürek istefaya göndərilib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə uğursuz çıxışa görə yollar ayrılıb.

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi komanda 5 turdan sonra I Liqada 1 xalla 17-ci pillədədir.