Türkiyənin "Gənclərbirliyi" klubu baş məşqçisi Hamza Hamzaoğlu ilə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı təcrübəli mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, "Gənclərbirliyi" Türkiyə Superliqasını 36 xalla 12-ci pillədə başa vurub.