“Dənizlispor” klubu nigeriyalı futbolçusu Oqenyi Onazi ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu ilin yanvar ayından Super Liqa klubunun şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi son turun “Ankaragücü” ilə oyununu gözləmədən komandadan ayrılıb.
Nigeriyalı futbolçu klubun ona borclu olmasını da əsas gətirərək müqaviləyə vaxtından əvvəl son verib.