"Dənizlispor" klubu baş məşqçisi Bülent Uygunla yolları ayırmaq qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Dənizlispor" B.Uygunun rəhbərliyi altında 8 matçda 2 qələbə qazanıb, 4 heç-heçə edib və 2 dəfə uduzub. Komanda hazırda ölkə çempionatında 32 xalla 12-ci pillədə qərarlaşıb.