Super Liqada növbəti mövsümə hazırlıqları davam etdirən "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 Offsideplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, "qara qartallar"ın "Fənərbağça"nın əsas üzvlərindən biri olan Alper Potuku rənglərinə bağlamağa yaxındır. Mövsümün sonunda "sarı larcivərtlilər"lə müqaviləsinin müddəti başa çatacaq 29 yaşlı oyunçu azad agent statusu alacaq.

"Beşiktaş" isə həmin ərəfədə yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalayacaq.

Bununla belə "Beşiktaş"ın iki futbolçusu - Gökan Gönül və Caner Erkinin "Fənərbağça"ya keçidi gündəmdədir.

Qeyd edək ki, Alper Potuk 2013-cü ildən "Fənərbağça"da çıxış edir və bu mövsüm cəmi 5 oyunda meydanda olub.