Türkiyənin “Qaziantep” klubu qanalı yarımmüdafiəçisi Patrik Tvumasi ilə yollarını ayırıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, futbolçu qarşılıqlı razılıq olmadan, icazəsiz komandadan ayrılıb.
“Qaziantep” mövsümün əvvəlində İspaniyanın “Alaves” klubundan bir mövsümlük icarəyə götürdüyü Patrik Tvumasi, 2020-ci ilin 30 iyununda müqavilə müddətinin bitdiyini əsas gətirərək, icazəsiz olaraq klubdan ayrılmasından narazı qalıb.
FİFA koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar, futbolçuların klubları ilə başa çatan müqavilələrinin mövsümün faktiki başa çatacağı vaxta qədər qüvvədə olmasına qərar verib. Tvumasi isə Türkiyədə mövsümün başa çatmasını gözləməyib. Super Liqa klubu futbolçudan Türkiyə Futbol Federasiyasına və FİFA-ya şikayət ediləcəyini bəyan edib.