Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqası da bərpa olunub.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 27-ci tur çərçivəsində iki qarşılaşma baş tutub.
Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən “Fənərbağça” autsayder “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb. Lider “Trabzonspor” isə İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.
 
Bu gün keçirilən oyunda "Beşiktaş" öz meydanında "Antalyaspor"a 1:2 hesabı ilə uduzub.